Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti qələbəsini qazanıb.

Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində Abdullayev avstraliyalı Ceyk Mettyusu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.

Xatırladaq ki, Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda keçirilən turnirdə edib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.