ABŞ Prezidenti Donald Tramp Ağ Ev aparatının rəhbəri Stiven Millerin prezidentliyə namizədliyini irəli sürməsini təklif edib. Bu barədə Tramp Ağ Evdə mətbuat konfransında deyib."Bizdə sensasion xəbər var: o, (Stiven Miller – red.) bu iki nəfərdən daha yaxşıdır!", - deyə Tramp vitse-prezident Ceyms Di Vens və dövlət katibi Marko Rubioya işarə edərək bildirib.Daha sonra Amerika lideri Ağ Ev aparatının rəhbərindən soruşub: "Prezidentliyə namizəd olmaq istəyirsinizmi?" Miller isə gülümsəyib, amma cavab verməyib. Tramp həmçinin Milleri "dünyanın ən güclü adamı" adlandırıb.