“Qızıl top”un sahibi Harri Keyn 2027-ci ilə qədər meydana qayıtmayacaq.
Hücumçu “Köln” lə 1-1 hesablı heç-heçənin ilk hissəsində zədə alıb. Oyundan sonra “Bavariya”nın baş məşqçisi Vinsent Kompani ingilis futbolçunun bir neçə ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
İdman direktoru Maks Eberl komandanın ən çox qol vuran oyunçusunun aşağı ayaqda tibia və fibula sümüyünü birləşdirən bağ olan sindesmozun cırılmasından əziyyət çəkdiyini bildirib.
“Sky Sport Deutschland” Keynin təxminən üç ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.