11:54 – Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam dedi: -Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Zati-aliləri, Vyetnama rəsmi səfərə xoş gəlmisiniz. Mənə məlumat verildi ki, bu, Sizin bizim ölkəyə ikinci səfərinizdir.…