Amerika futbolunun əfsanəsi, yeddiqat Superboul çempionu Tom Bredi İngiltərənin “Çelsi” futbol klubunda pay sahibi olub.
Bu barədə ESPN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Bredi London klubuna nəzarət edən “Clearlake” şirkətinin minoritar investorlarından biri olacaq. Onun klubda əməliyyat məsələləri üzrə məsləhətçi kimi fəaliyyət göstərəcəyi, lakin səsvermə hüququnun olmayacağı gözlənilir.
49 yaşlı keçmiş idmançı 2023-cü ilin avqustunda İngiltərənin “Birmingem” klubunda da pay almışdı. Lakin bu ilin noyabrında həmin klubdan ayrılıb.
Qeyd edək ki, Bredi 2000–2023-cü illərdə ABŞ-nin Milli Futbol Liqasında (NFL) çıxış edib. O, yeddi dəfə Superboul qalibi olmaqla rekord müəyyənləşdirib və beş dəfə finalın ən dəyərli oyunçusu seçilib.
Bredi karyerası ərzində “Nyu-İnqlend Peytriots” və “Tampa-Bey Bakanirs” komandalarında çıxış edib.