Bakı, 20 noyabr, AZƏRTACNoyabrın 20-21-də Misirin İsgəndəriyyə şəhərində paracüdo üzrə Qran-Pri turniri keçiriləcək.Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, turnirdə ölkəmizi J1 kateqoriyası üzrə +95 kiloqram çəki dərəcəsində ikiqat paralimpiya çempionu İlham Zəkiyev təmsil edəcək.Onu yarışa baş məşqçi İbrahim İbrahimov çıxaracaq.