Ağdam, 20 noyabr, AZƏRTACAğdam Şəhəri Günü çərçivəsində məktəblilər üçün rəsm üzrə ustad dərsləri keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Muğam Mərkəzində təşkil olunan tədbirdə uşaqlar təsviri sənətin müxtəlif istiqamətləri üzrə praktiki məşğələlərdə iştirak ediblər.Ustad dərsləri zamanı uşaqlar öz yaradıcılıq nümunələrini hazırlayıb, müxtəlif rəsmlər çəkiblər.Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzində, həmçinin rəssam Yavər Rzayevin "Könlüm keçir Qarabağdan" adlı rəsm sərgisi və "Ağdam - zamanın qanadında" fotosərgisi təşkil olunub.Hər iki sərgi şəhərdə keçirilən silsilə mədəni-kütləvi tədbirlər çərçivəsində baş tutub. Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Müxbir – Tahir Ağaməmmədov