“Özbəkistan Rusiya ilə ikitərəfli hərbi əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır”.
Bu barədə Özbəkistan müdafiə naziri general-mayor Botir Kudratxocayev Rusiya müdafiə naziri Andrey Belousovla görüşünə deyib.
“İki dövlətin başçılarının siyasi iradəsi sayəsində ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çatıb. Hazırda hərbi əməkdaşlığın inkişafında müsbət dinamika müşahidə olunur”, - Kudratxocayev bildirib.
Özbəkistan Müdafiə Nazirliyinin rəhbəri ölkəsinin Rusiya ilə müdafiə sektorunda ikitərəfli əməkdaşlığı daha da genişləndirməkdə və regional təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu vurğulayıb.