Bu ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün Azərbaycana 3130 nəfər gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycandan 1780 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1350 nəfər təşkil edib.