200 milyon dollara gözünün ucu ilə baxmadı!

Sabiq UFC çempionu Həbib Nurməhəmmədov oktaqona qayıtmaqdan növbəti dəfə imtina edib.

Boksçu və bolger Ceyk Polun “yutub” kanalının qonağı olan dağıstanlı onun “nə vaxt qayıdacaqsan, 200 milyon dollara” sualına belə cavab verib:

“Niyə qayıdım? Çoxlu uşağım var, onlar dünyada ən yaxşılardandı. Nəyisə sübut etməyimə ehtiyac yoxdu. Münasib rəqib yoxdu, yalnız pul var ki, bu da motivasiya deyil”.

Xatırladaq ki, Həbib MMA çərçivəsində keçirdiyi 29 döyüşün hamısında qalib gəlib. 2020-ci ilin oktyabrında Castin Qetjini məğlub edəndən sonra karyerasını bitirib.

Yeri gəlmişkən, UFC prezidentu Dana Uayt da noyabrın 14-də Həbibi yola gətirmək üçün bütün variantları sınadığını, ancaq heç nəyə nail ola bilmədiyini etiraf etmişdi.