Ermənistan-Rusiya dəmir yolu üzrə işçi qrupunun növbəti iclası noyabrın sonunadək keçiriləcək

Ermənistan və Rusiya arasında dəmir yolu məsələlərini müzakirə edən birgə işçi qrupunun ikinci iclası noyabrın sonunadək İrəvanda baş tutacaq.

Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Məlumata görə, işçi qrupunun növbəti toplantısı ilk iclasda iştirak edən eyni tərkibdə keçiriləcək.