Yevlaxda yol-nəqliyyat hadisəsi azyaşlının ölümü ilə nəticələnib.
Hadisə noyabrın 19-da rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.
Seymur Quliyevin idarə etdiyi “Renault Master” markalı yük avtomobili velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü Eltac Məmmədlini vurub.
Azyaşlı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.