Nikol Paşinyan:

“Türkiyə ilə körpü tikintisi, İranla körpü tikintisi və daha böyük sərhəd-keçid məntəqəsinin yaradılması, Gürcüstanla isə ötürücülük qabiliyyətinin artırılması barədə danışırıq. “Şimal-Cənub” layihəsi sürətlə həyata keçirilir, TRIPP layihəsinin icrası çərçivəsinə daxil oluruq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Azərbaycanla Ermənistan-Azərbaycan sərhədinin açılmasına dair strateji planlaşdırma məsələsini də müzakirə edirik”, - o əlavə edib.