“Sahilboyu ərazilərdə torpaqların istifadəyə verilməsi mexanizminə gəlincə, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyən şəxslər üçün müvafiq qaydalar müəyyənləşdiriləcək”. Bunu Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bu gün keçirilən brifinqdə deyib.O bildirib ki, torpaqların icarəyə və istifadəyə verilməsi qaydaları hər yerdə eyni deyil: “Bu ərazilərə şərti olaraq xüsusi ərazi kimi yanaşılacaq. Burada torpaqların hansı hüquqi əsaslarla istifadəyə veriləcəyi – istifadə, icarə və ya mülkiyyət hüququnun tətbiq olunacağı müəyyənləşdirilməlidir. Bir mütəxəssis kimi hesab edirəm ki, bu ərazilərdə mülkiyyət hüququnun verilməsi çox nadir hallarda mümkün olmalıdır. Ümumiyyətlə, hazırkı qanunvericilikdə də belə ərazilərdə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulmur. Lakin əvvəlki dövrlərdə, xüsusilə 1990-cı və 2000-ci illərin əvvəllərində bəzi şəxslərə qanunvericiliyə uyğun olaraq həmin ərazilərdə müəyyən əmlaklar verilib.Bu gün orada biznes fəaliyyəti ilə məşğul olan, obyektləri mövcud olan sahibkarlar da var. Həmin məsələlərə də müvafiq qaydada baxılacaq. Torpaqların istifadəyə verilməsi mexanizminə gəlincə, məsələn, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyən şəxslər üçün müvafiq qaydalar müəyyənləşdiriləcək. Bundan sonra bir pəncərə prinsipi əsasında istənilən vətəndaş və ya fiziki şəxs yaradılacaq coğrafi informasiya sisteminə daxil olaraq ərazini seçə və müraciət edə biləcək.Necə ki, bu gün kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi ilə bağlı elektron kənd təsərrüfatı informasiya sistemi mövcuddur, burada da oxşar rəqəmsal torpaq idarəetməsi resursu yaradılacaq. Vətəndaş həmin sistem vasitəsilə istədiyi ərazini seçərək qanunvericiliklə müəyyən edilmiş hüquqlarını reallaşdırmaq üçün müraciət edə biləcək. Müraciət elektron qaydada müvafiq quruma daxil olacaq. Daha sonra zərurət yarandıqda yerquruluşu işləri aparılacaq, aidiyyəti dövlət orqanları ilə razılaşdırmalar həyata keçiriləcək və müvafiq rəylər alınacaq.Məsələn, şəxs çimərlik fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bu zaman gigiyenik tələblərə uyğunluqla bağlı səhiyyə orqanlarının, həmçinin Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri alınmalıdır. Bütün razılaşdırmalar və rəylər əldə olunduqdan sonra müvafiq qərar qəbul ediləcək və icarə müqaviləsi bağlanılacaq. Mexanizm ümumilikdə belə nəzərdə tutulur. Əsas məsələ isə bu qaydaların qanunvericilikdə təsbit edilməsidir”.qafqazinfo
Bu gün
3732 xəbər bu gün
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi…
Bəzən səfərlər insana gözlənilməz, amma ruhu isidən və yaddaşlara əbədi həkk olunan görüşlər bəxş edir.
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. Müdafiə…
Azərbaycan Respublikasının hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib. Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm…
Antonio Adan peşəkar futbolçu həyatı ilə bağlı qərar verib. Ispaniyalı qapıçı 39 yaşında karyerasını başa vurub. “Real”ın və “Atletiko”nun formasındakı çıxışıyla tanınan futbolçu bu barədə sosial şəbəkə hesablarında…
Səhiyyə Nazirliyindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə təcili yardım maşınları ilə bağlı maraqlı göstəriş verilib. Bu barədə Mia.az-a verilən məlumata görə, tapşırığa əsasən, təcili yardım…
Onlayn media subyektlərinin qiymətləndirilməsində sosial şəbəkə göstəricilərinin ayrıca meyar kimi nəzərə alınması müasir media reallıqlarına uyğun, müsbət və perspektivli yanaşmadır. Bunu Mətbuat Şurası (MŞ) İdarə…
“Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur”. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə ünvanladığı müraciətdə qeyd…
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlaması gündəmdəki mühüm…
Bəzən səfərlər insana gözlənilməz, amma ruhu isidən və yaddaşlara əbədi həkk olunan görüşlər bəxş edir. Bu gün Bakıdan İstanbula uçan AZAL təyyarəsində “Rəşadət” ordenli Aydan Rəhimli ilə qarşılaşmaq mənə unudulmaz anlar…
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda ASCO tərəfindən hesabat dövrü üzrə həyata keçirilən layihələrin icra vəziyyəti…
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Sfera.az -a Bakı Metropolitenindən bildirlib. Qeyd edilib ki, bu səbəbdən hərəkət…
Noyabrın 21-22-də bəzi bürclər üçün sevgi, iş və maliyyə məsələlərində maraqlı yeniliklər gözlənilir. Şənbə günü aktivlik, yeni tanışlıqlar və təşəbbüslər ön plana çıxacaq. Bazar günü isə istirahətə, ailəyə və şəxsi…
В порту начался пожар.
Отец 23-летней Гюлары Мехдиевой, убитой 16 ноября в своем доме в Бинагадинском районе Баку, рассказал о психологических проблемах своего 16-летнего сына Айхана Мехдиева, которого обвиняют...
В бакинском метро произошёл технический сбой, вызвавший задержки поездов на Красной линии. Как сообщили в ЗАО «Бакметрополитен», кратковременная техническая неисправность возникла в устройстве регулирования движения...
Посол Республики Корея в Азербайджане Кимгу Кан заявил, что вскоре завершит дипломатическую карьеру. Как передает Day.Az со ссылкой на Trend, об этом он сказал на мероприятии, посвященном Дню основания Республики Корея…
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hücuma başlamaq imkanını nəzərdən keçirirlər. Bu barədə CBS News telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
В рамках мероприятий по расширению возможностей морского бурения и наращиванию потенциала добычи Производственное объединение (ПО) "Азнефть" Государственной нефтяной компании Азербайджана (SOCAR) приобрело в Китае четыре…
Республика Корея и Азербайджан продолжают развивать сотрудничество в сферах энергетики, образования, здравоохранения и сельского хозяйства. Как передает Day.Az со ссылкой на Trend, об этом заявил посол Республики Корея в…
Руководитель рабочей группы Милли Меджлиса Азербайджана по межпарламентским связям с Италией Азер Керимли и депутат Тахир Миркишили 23 ноября посетят столицу Италии Рим. Об этом Day.Az сообщили в отделе по связям с…
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yaranan yubanmaların səbəbi açıqlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, Qırmızı xətdə…
Dominik de Vilpen
Vanadzor şəhərində
"Azəriqaz" İB baş direktoru
Bakı Metropoliteni
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.Bu barədə Metbuat.az-a Bakı Metropolitenindən bildirlib.Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini…
Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi, regional və beynəlxalq təhdidlərə qarşı birgə fəaliyyət imkanlarını artırmağı planlaşdırır. Bu məsələlər iki ölkə arasında…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib.
Koreya dekabr ayında Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində "ağıllı istixana" layihəsini dəstəkləməyi planlaşdırır. Bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kımqu ölkəsinin Dövlət Yaranma Günü və…