Ukrayna 32 milyon əhali itirib - Azarov

Ukrayna müstəqillik dövründə 32 milyon əhali itirib.

Bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.

O bildirib ki, bu, SSRİ-nin Böyük Vətən Müharibəsi illərindəki itkilərindən çoxdur:

“Ukrayna xalqı 1990-cı ildən bəri 32 milyon insan itirib. Dünyada belə bir faciə olmayıb”.