Putin və Tramp arasında ikitərəfli görüş planlaşdırılmır

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında cümə axşamı ikitərəfli görüş keçirilməsi nəzərdə tutulmayıb.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyanın, ABŞ-ın və Çinin liderlərinin Şençjendə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarına isə bir saatdan çox vaxt ayrılmayıb.