Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb

Baş nazir Əli Əsədov noyabrın 18-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Oktyabrın 30-da keçirilmiş Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlərin icrası, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib.

Ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.