Sumqayıtda VI Kitab Sərgisi keçiriləcək – Tarix və ünvan AÇIQLANDI

Dekabr ayında Sumqayıtda kitabsevərlər üçün üçgünlük sərgi təşkil olunacaq.

Sərgi çərçivəsində ziyarətçilər müxtəlif nəşrlərlə tanış olmaq, yeni kitablar kəşf etmək, sevimli müəllifləri ilə görüşmək imkanı əldə edəcəklər. Tədbirin əsas məqsədi kitab mütaliəsini təşviq etmək, nəşriyyatlarla oxucular arasında əlaqələri gücləndirmək və şəhərdə kitab mühitini canlandırmaqdır.