Xızı rayonunun Tıxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 16 yaşlı yeniyetmə atasının avtomobilini gizli şəkildə qaçıraraq idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. Həmin vaxt avtomobildə 10 və 12 yaşlı iki qonşu uşağı da olub.
Qəza nəticəsində yeniyetmə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu