Azərbaycan millisi FIFA reytinqində üç pillə irəlilədi

Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi yığma üç pillə yüksələrək 1145,18 xalla 124-cü sıraya qalxıb.

Komandanın irəliləyişinə Millətlər Liqasında Lixtenşteyn (1:0) və yoxlama görüşündə Andorra (3:1) üzərində qazandığı qələbələr təsir edib.

FIFA reytinqinin ilk üç pilləsində İspaniya (2004,48), Argentina (1966,13) və Fransa (1950,82) qərarlaşıb.