İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında futbolçu karyerasını başa vurub.
Ispaniyalı futbolçu bu barədə rəsmi İnstaqram səhifəsində paylaşım edib.
"Bəzən sevmək... ayrılmağı bacarmaqdır. Təşəkkürlər, futbol!", - Mata qeyd edib.
Qeyd edək ki, Mata son iki mövsümünü Avstraliyada keçirib. O, əvvəlcə "Vestern Sidney Uonderers", daha sonra isə "Melburn Viktori"nin formasını geyinib.X.Mata İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub.
Klub karyerası ərzində "Real Madrid Kastilya", "Valensiya", "Çelsi", "Mançester Yunayted", "Qalatasaray" və "Vissel Kobe" komandalarında çıxış edib.