Xocavənd, 18 noyabr, AZƏRTAC Qarabağın çoxəsrlik tarixi və zəngin mədəni irsinin mühüm nümunələrindən olan Amaras monastırı uzun illərdən sonra Qafqaz Albaniyasının dini ənənələrini yaşadan Alban-Udi xristian dini icmasının nümayəndələri tərəfindən ziyarət olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Alban-Udi xristian dini icmasının nümayəndələri tərəfindən Qədim məbəddə dini ayinlər icra olunub, dualar oxunub, şamlar yandırılıb. Əsrlərin yaddaşını yaşadan bu müqəddəs məkanda səslənən dualar həm də tarixi-mənəvi irsə qayıdışın rəmzi olub.Xocavənd rayonunun Cütcü kəndi ərazisində yerləşən Amaras monastırı Qafqaz Albaniyasının ən qədim dini və mədəni mərkəzlərindən biri hesab olunur. Qafqaz Albaniyası Alban Apostol Kilsəsinin mənəvi varisləri olan Alban-Udi Xristian dini İcmanın nümayəndələrinin bu qədim məbədi ziyarət etməsi onun tarixi və dini irsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Amaras monastırının tarixi IV əsrə gedib çıxır. Monastır Qafqaz Albaniyasının mühüm yepiskopluq mərkəzlərindən birinə çevrilib. VII əsr alban tarixçisi Musa Kalankatlının əsərlərində də Amarasın tarixi və dini əhəmiyyəti barədə məlumatlar yer alır. 1970-ci ildə Azərbaycan arxeoloqları tərəfindən aparılan tədqiqatlar zamanı məbədin altarının altındakı sərdabə aşkar edilib. Arxeoloji tədqiqatlar Amarasın müxtəlif dövrlərdə yenidən qurulduğunu göstərir. IV əsrdə əsası qoyulan ilkin məbəd X əsrdə yenidən inşa edilib. Monastır kompleksi sonrakı yüzilliklərdə dəfələrlə təmir və bərpa olunub, 1858-ci ildə isə köhnə özüllər üzərində yenidən qurularaq indiki memarlıq görkəmini alıb. Amaras yalnız xristian əhalinin deyil, müxtəlif dini inanclara mənsub yerli sakinlərin də ziyarət etdiyi müqəddəs məkanlardan biri olub. Tarixi-etnoqrafik məlumatlarda müsəlman əhalinin də buraya gələrək ziyarət etməsi qeyd olunur. Bu fakt Qarabağda əsrlər boyu formalaşmış dini və mədəni birgəyaşayış ənənələrinin göstəricilərindəndir.Alban-Udi xristian dini icmasının əsas fəaliyyət istiqamətlərindən biri Qafqaz Albaniyasının dini irsinin, qədim məbədlərinin və dini ənənələrinin qorunmasıdır. İşğaldan azad edilmiş ərazilərdəki Alban məbədlərinin ziyarəti də bu fəaliyyətin mühüm istiqamətlərindəndir. İcmanın nümayəndələri müxtəlif vaxtlarda Laçındakı Ağoğlan, Kəlbəcərdəki Xudavəng monastırlarını, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndindəki qədim dini abidələri də ziyarət ediblər.Amaras monastırına səfər də bu baxımdan xüsusi məna daşıyır. Qədim məbədin onun tarixi və dini ənənələrinin mənəvi daşıyıcıları tərəfindən ziyarət edilməsi Qafqaz Albaniyasının zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından əlamətdar hadisədir. Bu gün Qarabağın qədim məbədlərinə qayıdış həm də tarixi yaddaşın bərpasıdır. Əsrlərin sınağından çıxmış Amaras monastırı isə öz zəngin tarixi ilə Azərbaycanın çoxəsrlik dini-mədəni irsinin mühüm səhifələrindən biri olaraq qalır. Müxbir - Aydın Yavərzadə
Bu gün
2129 xəbər bu gün
Avropa üçün Azərbaycanın strateji əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri də enerji təhlükəsizliyidir. Hələ 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair…
Biləcəridə irigövdəli ağac yola aşıb.
"İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu".
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Azərbaycan dövlətçiliyinin gücünün, milli birliyimizin və xalqımızın öz torpağına, tarixi-mədəni irsinə bağlılığının təntənəsidir. Bu Qələbə uzun illər işğal…
Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Bu barədə Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA)…
Təkmilləşdirilmiş riyaziyyat fənn kurikulumuna müəllimlər üçün qiymətləndirməyə dair istiqamətlər və sinifdaxili fəaliyyətlərlə bağlı tövsiyələr əlavə edilib. Bunu riyaziyyat dərsliklərinin...
“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
İspaniyadan Azərbaycana gətirilən 293,4 kq dondurulmuş şokoladlı meyvə məhsulunda uyğunsuzluq aşkarlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib.ONN media müsahibəni təqdim edir.- Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması…
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə…
“Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi zamanı bildirib. “Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı…
Ukraynaya kiberhücumlar Qafqaz üçün də təhlükə siqnalıdır. Bunu Ukrayna Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti Administrasiyasının Kibertəhlükəsizlik Departamentinin baş mütəxəssisi Dmitro Nahornı Bakıda…
Danimarka parlamenti Vaşinqtonla ABŞ-nin hərbi mövcudluq imkanlarını genişləndirən təhlükəsizlik sazişini təsdiqləyib. Bu barədə "Report" xarici mediaya istinadən xəbər verir. Sazişin ratifikasiyasının lehinə 109 deputat…
Azyaşlı uşaqların Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasına ekskursiyası təşkil edilib. Bu barədə AGF-dən məlumat verilib. Özəl uşaq bağçalarından biri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən…
Azərbaycan Avopa İttifaqının (Aİ) dəstəyi ilə kibertəhlükəsizlik sahəsində yeni layihələr həyata keçirir. Bunu Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gediminas Varanavičius Bakıda keçirilən…
Gənclər və idman naziri Fərid Qayıbov Sven Albertlə Xüsusi Olimpiya hərəkatının inkişafını müzakirə edib. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazir Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton…
Bakının Binəqədi rayonunda 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub. Gənc qadının ögey qardaşı A.Mehdiyev tərəfindən öldürüldüyü bildirilir. Hadisə…
Xalq artisti Könül Xasıyevanın pubda konsert proqramı ilə çıxış etməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Xanəndənin bu cür məkanda səhnəyə çıxmasını əks etdirən görüntülərin yayılmasından sonra cəmiyyətdə…
Bərdədə tanınmış həkim Aynur Həsənova idarə etdiyi "Lexus" markalı avtomobillə yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Fərid Qasımovu vuraraq öldürüb. Oxu.az F.Qasımovun fotosunu əldə edib. Qeyd edək ki, A.Həsənova…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. Moderator.az müsahibəni təqdim edir. -Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin…
Bakı. Trend: “Şahdəniz Kompressiya” layihəsi üzrə işlər qrafiki qabaqlayaraq və təsdiq edilmiş büdcə çərçivəsində aparılır. Oktyabr ayında layihənin dəniz sahəsində artıq svayların quraşdırılmasına…
Bakı, 19 noyabr, AZƏRTAC Süni intellekt beynəlxalq münasibətə təsir etmək məqamına çatıb və bunun üçün diplomatik əlaqələrin inkişafı çox vacib məsələdir. Yeni texnologiyalar artıq beynəlxalq münasibətlərin qaydalarını…
Bakı, 19 noyabr, AZƏRTAC Litvanın paytaxtı Vilnüsdə Zəfər Günü münasibətilə litvalı jurnalist Riçardas Lapaitisin müəllifi olduğu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə işıq üzü…
MŞ sədri Vüqar Zifəroğlu iclasın gündəliyi barədə məlumat verib. O deyib ki, müzakirə olunan başlıca məsələ Şuranın komissiyalarının tərkibinin və fəaliyyət planlarının təsdiqidir. Gündəlik səsə qoyularaq qəbul edilib…
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Azərbaycan dövlətçiliyinin gücünün, milli birliyimizin və xalqımızın öz torpağına, tarixi-mədəni...
Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində…
Bakının Hövsan qəsəbəsində dəniz suyunun rəngi dəyişərək qəhvəyi rəng alıb. Sahildə müşahidə olunan bu mənzərə ərazidə yaşayan sakinlərin diqqətini çəkib. Bizim.Media əməkdaşının çəkiliş etdiyi görüntülərdə əsas…
Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Bu barədə Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib…
Böyük Britaniyanın Kambriya qraflığındakı tarixi Penrit şəhərciyində yerləşən və qülləli memarlığı ilə kiçik qalanı xatırladan 200 illik “Caroline Cottage” satışa çıxarılıb. Bizim.Media xəbər verir ki, “II dərəcəli…
Mahir Süleymanl seçiciləri qəbul edib. Modern.az xəbər verir ki, 19 noyabr tarixində Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasında seçicilərlə görüş…
Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib…
Son günlər Endrikin oyun praktikası az olduğundan “Real”dan ayrılmaq istəməsi haqda xəbərlər səngimir. Gənc futbolçu bu iddiaya münasibətini bildirib. Braziliya yığmasının 20 yaşlı forvardı bu məlumatı təkzib edib…
Bəribaşdan deyim ki, şəxsən mən Maltanın D liqasının qalibi kimi AÇ-2028-in pley-offunda iştirak edə biləcəyinə inanmıram. Bunun gerçəkləşməsi üçün hədsiz çox şərtin üst-üstə düşməsi lazımdı. Amma və lakin... İndi hər…
İnsanlar şəkillərdə həmişə olduqlarından daha gözəl görünmək istəyirlər. Xüsusən də qadınlar bu məsələyə həssas yanaşırlar. Elə bunu yaxşı bilən müasir texnologiya mütəxəssisləri də bir-birinin ardınca müxtəlif effekt və…
Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnam xalqlarını, dövlətlərini birləşdirən möhkəm körpü rolunu oynayır. Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.Dövlət başçısı qeyd edib ki…
Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Bu barədə Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində…
Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihədə qoyun və donuz ətinin baytarlıq normalarına uyğunluğunu təsdiqləyən ekspertiza aktının…
Aktyor Elcan Rəsulov atası ilə bağlı xatirələrini bölüşüb. O, bu barədə “Zarafat bir yana” proqramında danışıb. Aktyor atasının onun qucağında dünyasını dəyişdiyini deyib. Həmin anları danışan aktyor göz yaşlarını…
Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib…
Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində…
Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ümumi cərrahiyyə şöbəsində iş intizamı, tibbi geyim qaydalarına riayət olunması və rəhbərliyin nəzarət mexanizmləri ilə bağlı narazılıq yaranıb.
Şahzadə Uilyamın hindistanlı kökləri DNT testi ilə üzə çıxdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. Busaat.az müsahibəni təqdim edir. -Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin…