Vadeful: Azərbaycan və Almaniya Berlində iqtisadi danışıqların keçirilməsi barədə razılığa gəlib

Azərbaycan və Almaniya Berlində iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunmuş ayrıca müzakirələr keçirmək niyyətindədir.

Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O dəqiqləşdirib ki, danışıqlar 2026-cı ilin iyulunda təsis edilmiş Azərbaycan-Almaniya İşgüzar Şurasının iclası formatında keçiriləcək: "Biz razılığa gəldik ki, İqtisadi Şura iclas keçirməlidir, iki ölkənin iqtisadiyyat nazirləri isə yaxın vaxtlarda Berlində görüşməlidirlər".

Bundan əlavə, Y.Vadeful vurğulayıb ki, səfəri çərçivəsində Azərbaycan tərəfi ilə danışıqlarda Qazaxıstan neftinin Azərbaycan ərazisindən Avropaya tədarükünün - həm Bakı-Tbilisi-Ceyhan neft kəməri, həm də Qara dənizə doğru Gürcüstan marşrutları vasitəsilə artırılması mövzusuna toxunulmayıb.

"Xeyr, bu məsələ bizim hazırkı danışıqlarımızın predmeti olmayıb. Həmkarım Katerina Rayxe həm də energetika sahəsinə nəzarət edir. Mən ona bu mövzuda zəruri danışıqları aparmaq imkanı verəcəyəm", - o vurğulayıb.