Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Moskva prospekti, 45 ünvanında, tunelin girişində qeydə alınıb.
Belə ki, Qismət Qaçayev idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən Asif Ağaverdiyevin idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü Asif Ağaverdiyev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.