Pentaqonun məxfi rabitə şəbəkəsi sıradan çıxdı

Pentaqonun Milli Təhlükəsizlik Agentliyinin daxili rabitəsi üçün nəzərdə tutulmuş ultraməxfi şəbəkəsində nasazlıq yaranıb.

Bu barədə CNN məlumat yayıb.

“NSANet” adlanan şəbəkə qurumun əməkdaşlarına təşkilat daxilində məxfi məlumat mübadiləsi aparmağa imkan verir. Hazırda kiberhücumun baş verdiyini təsdiqləyən heç bir sübut yoxdur. Nasazlığa görə ikinci ən yüksək təhlükə səviyyəsi olan “sarı kod” verilib”, - məlumatda deyilib.