Aktrisa Leyla Musayeva vəfat etdi

Bakıda gənc aktrisa Leyla Musayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

"Bakupost"a istinadla, o, ƏSA Teatrının "Aktyorluq laboratoriyası"nın üzvü olub.

Teatrdan bildirilib ki, o, 2025-ci ilin sentyabr ayından etibarən teatrımızın kollektivinə qoşulan Leyla Musayeva ƏSA Teatrının "Axtarış", "Hamlet" və "Paris Notr-Dam" tamaşalarında çıxış edib.

"Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

ƏSA Teatrının bütün kollektivi adından ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!", - deyə teatrın açıqlamasında qeyd olunub.