Azərbaycanda gənc aktrisa vəfat etdi

ƏSA inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib.

Oxu.az-a istinadən, aktrisa uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib:

Qeyd edək ki, Leyla Musayeva 2025-ci ilin sentyabr ayında ƏSA teatrının kollektivinə qoşulub və teatrın "Aktyor laboratoriyası"nın iştirakçısı olub. Fəaliyyəti dövründə o, "Axtarış", "Hamlet" və "Paris Notr-Dam" tamaşalarında rol alıb.