Kəlbəcərdə bu yayım stansiyasının işi bərpa edildi

Bu gün Kəlbəcər rayonu ərazisində yerləşən 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.

Bu barədə Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası MMC məlumat yayıb.

Bildirilib ki, bununla da, işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 13-ə çatdırılıb.

Qurum İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na və əhalinin geri qayıdış mərhələlərinə uyğun olaraq, şəbəkənin əhatə dairəsinin və siqnal keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edir.