Bakı, 17 noyabr, AZƏRTAC Noyabrın 17-də Bakı şəhəri 307 nömrəli tam orta məktəbin müəllim heyəti və şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar. Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Tədris departamentinin Məzun koordinasiyası və karyera şöbəsinin müdiri Könül Əsgərova məktəblilərə ADPU-nun yaranma tarixi, tədris prosesi, fakültələri və ixtisasları, eləcə də universitetdə yaradılmış təhsil imkanları haqqında məlumat verib. Ekskursiya çərçivəsində məktəblilər Filologiya fakültəsinin fəaliyyəti ilə tanış olublar. Şagirdlər ADPU-nun Heydər Əliyev Muzeyini də ziyarət ediblər. Daha sonra qonaqlar Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.