2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur.
Bu barədə Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində qeyd edilib.
Layihəyə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdirilir.
Qanunun 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Məsələ səsə qoyukaraq birinci oxunuşda qəbul edilib.