Onlar üçün ictimai nəqliyyat güzəştli olsun – Təklif

Milli Məclisin deputatı Günay Ağamalı ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin ictimai nəqliyyatdan güzəştli olmasını təklif edib.

Report-a istinadla, deputat bu barədə parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

G. Ağamalı qeyd edib ki, tələbələrin gündəlik nəqliyyat xərcləri, xüsusilə aztəminatlı ailələrdən olan və regionlardan paytaxta təhsil almağa gələn gənclər üçün əlavə maddi yük yaradır:

"Belə güzəştlərin tətbiqi onların sosial müdafiəsini gücləndirməklə yanaşı, ailə büdcəsinə də müsbət təsir göstərəcək. Qənaətimə görə, aidiyyəti dövlət qurumları tərəfindən məsələnin maliyyə imkanları və tətbiq mexanizmləri araşdırılaraq müvafiq təkliflərin hazırlanması faydalı olar".