200 minə yaxın əhalisi olan Bərdədə yeni, müasir xəstəxananın inşasına ehtiyac var.
Bunu Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, vətəndaşların keyfiyyətli tibbi xidmət almaq üçün böyük şəhərlərə üz tutmaq məcburiyyətində qalmaması, tibbi xidmətlərin əlçatanlığının artırılması baxımından bu məsələ xüsusi əhəmiyyət daşıyır:
"Bu baxımdan, məsələnin müvafiq dövlət proqramlarında öz əksini tapması üçün aidiyyəti qurumlara müraciət edirəm".