Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO

Sumqayıtda tanınmış şairə binadan yıxılıb.

Lent.az-a istinadən, İlhamə Məhəmmədqızı (Məmmədova) yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

Nəticədə qadın ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, jurnalist, yazıçı, şair-publisist İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.