Birdəfəlik sosial müavinətlər ödənildi

Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edilib ki, bu gün respublika üzrə dəfn üçün birdəfəlik müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətləri ödəyərək yekunlaşdırıb.