Naxçıvan, 17 noyabr, AZƏRTAC Cari ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 39 min 432 şəxs qəbul edilib.Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 59 min 529 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. Ümumi xidmətlərin 84 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.Yanvar–oktyabr aylarında vergi ödəyicilərinə 894 min 207 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 582 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3923 müraciət üzrə 6715 “Asan İmza” sertifikatı verilib. Müxbir- Nail Əsgərov