Bu gün Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Tərtər rayon sakinləri Yevlax rayonunun Aran qəsəbəsi ərazisində qəzaya düşüblər.
İlkin ehtimala görə, Tural Əliyevin idarə etdiyi "İnfiniti" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində iki nəfər — sürücü Tural Əliyev və sərnişin Pəri Məstəliyeva hadisə yerində dünyasını dəyişib.
Sakinlərin bildirdiyinə görə, mərhum Tural Əliyev Dövlət Yol Polisi (DYP) əməkdaşı və nişanlı olub.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu