Sığorta sektorunda peşəkar karyera qurmaq və satış sahəsində təcrübəsini inkişaf etdirmək istəyənlər üçün yeni iş imkanları yaradılır. “Meqa Sığorta” ASC Satış departamentinin müxtəlif istiqamətləri üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrinə uyğun peşəkar təcrübəyə malik namizədləri komandaya dəvət edir.
Vakansiyalar aşağıdakı istiqamətləri əhatə edir:
- Korporativ satış üzrə Baş mütəxəssis, Aparıcı mütəxəssis və Mütəxəssis
- Strateji satış üzrə Baş mütəxəssis, Aparıcı mütəxəssis və Mütəxəssis
- Sahibkarlarla iş üzrə Baş mütəxəssis, Aparıcı mütəxəssis və Mütəxəssis
- Birbaşa satış üzrə Baş mütəxəssis, Aparıcı mütəxəssis və Mütəxəssis
Vakansiyalar üzrə əsas tələblər:
- Ali təhsil;
- Sığorta, satış və ya biznesin inkişafı sahəsində vəzifənin tələblərinə uyğun iş təcrübəsi;
- Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştəriyönümlülük, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Komanda ilə işləmək və müstəqil qərarvermə bacarığı.
Təklif olunan imkanlar:
- Peşəkar və dinamik komandada çalışma imkanı;
- Karyera və peşəkar inkişaf perspektivləri;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
- Əməkhaqqının namizədin bilik, təcrübə və peşəkar səriştəsinə uyğun olaraq müəyyən edilməsi.
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A.
Hər bir vakansiya üzrə ətraflı tələblərlə şirkətin rəsmi internet səhifəsinin “Vakansiyalar” bölməsində tanış olmaq mümkündür: www.meqasigorta.az
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini müraciət etdikləri vakansiyanın adını e-poçtun mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
“Meqa Sığorta” – peşəkar inkişaf üçün yeni imkanlar!