Yevlaxda avtoqəza: İki nəfər öldü

Yevlax rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb.

"Report"a istinadən, hadisə rayonun Aran qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza nəticəsində Naftalan şəhər sakinləri olduqları bildirilən Tural Əliyev və Pəri Məstəliyeva aldıqları xəsarətlərdən ölüblər.

Faktla bağlı araşdırma aparılır.