Zelenski Krım körpüsünə hücumun detallarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünə hücumun bir neçə həftə davam edən əməliyyatın yeddinci mərhələsi olduğunu bildirib.

Zelenskinin sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən hazırlanıb və əlaqələndirilib.

O bildirib ki, əsas hədəfə gedən istiqamətdə hava hücumundan müdafiə sistemləri, radarlar, radioelektron mübarizə vasitələri və digər müəyyənləşdirilmiş obyektlər mərhələli şəkildə məhv edilib.

Zelenskinin iddiasına görə, hücum zamanı “Palyanitsa” pilotsuz uçuş aparatları körpünün avtomobil hissəsini, “Neptun” raketləri, “Ruta” dronları və FP-5 “Flaminqo” isə dəmir yolu hissəsini vurub.

Ukrayna Prezidenti “Flaminqo” vasitəsilə zərbənin idarəolunan şəkildə həyata keçirildiyini və rabitənin son saniyələrədək işlədiyini bildirib.

Onun açıqlamasına əsasən, əməliyyatın müxtəlif mərhələlərində “Dovbush”, “Vendetta”, “Da Vinci”, “Siçen”, MICH 2000, “Ruta”, “Palyanitsa”, An-197, FP-1, FP-5 “Flaminqo” və R-360 “Neptun” sistemlərindən istifadə olunub.