Venesuelada keçiriləcək U-20 dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək

18-27 noyabr aralığında Venesuelanın paytaxtı Karakasda keçiriləcək U-20 dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Yarışda Avropa (U-14) və dünya (U-16) çempionatlarının qalibi Xaqan Əhməd və Lalə Hüseynova mübarizə aparacaqlar.