Tələbələrə ictimai nəqliyyatdan güzəştli istifadə imkanı yaradılması təklif olunur

Bu təkliflə Milli Məclisin deputatı Günay Ağamalı 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.

Deputat hesab edir ki, xüsusilə regionlardan paytaxta təhsil almağa gələn və aztəminatlı ailələrdən olan tələbələrin gündəlik nəqliyyat xərclərinin azaldılması onların sosial müdafiəsinə dəstək baxımından əhəmiyyətlidir.

G.Ağamalı güzəştlərin mərhələli tətbiqi imkanlarının araşdırılmasını və aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə müvafiq mexanizmin hazırlanmasını məqsədəuyğun sayıb.

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor