Yığmamız Omanı yenə məğlub edə biləcəkmi?

21 yaşadək futbolçulardan ibarət millimiz bu gün Oman U-23 yığması ilə ikinci yoxlama oyununu keçirəcək.

Rəşad Eyubovun baş məşqçisi olduğu komanda rəqibi ilə yenidən “Bank Respublika Arena”da qarşılaşacaq.

Görüş saat 17.00-da başlayacaq.

Komandalar noyabrın 14-də keçirilən ilk oyunda da üz-üzə gəliblər. Həmin qarşılaşmada millimiz 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın hər iki qolunu Niyazi Osmanov vurub.