Tibbi komaya salınan boksçu öldü

İrlandiyalı yarımorta çəkili boksçu Li Rivz (16-2, 11 nokaut) 31 yaşında ölüb.

Bu barədə “Limerick Leader” məlumat yayıb.

Avqustun 1-də Rivz həmyerlisi Qari Kalliyə (20-2, 11 nokaut) qarşı döyüşdə ağır beyin zədəsi alıb və onuncu raundda nokautla məğlub olub.

Döyüşdən sonra boksçu xəstəxanaya yerləşdirilib, əməliyyat olunub və tibbi komaya salınıb.

Sonradan onun vəziyyəti bir qədər yaxşılaşıb, lakin sağalma dövründə Rivzdə ölümünə səbəb olan infeksiya yaranıb.

Li peşəkar karyerasına 2018-ci ilin noyabr ayında başlayıb. Bu müddət ərzində o, 18 döyüş keçirib və onlardan 16-sında qələbə qazanıb.

Peşəkar olmamışdan əvvəl Li beş dəfə İrlandiya çempionu olub.