"Sakinlər dəmir yolunun digər tərəfinə keçmək üçün 8-10 kilometr məsafə qət etməli olurlar"

“Təmsil etdiyim Yevlaxda abadlıq, quruculuq və infrastruktur işlərinin davam edir. Ancaq şəhər və kəndlərin qazlaşdırılması, ucqar yaşayış məntəqələrinin internet, televiziya və telefon xidmətləri ilə təmin olunur".

Bunu deputat İlham Məmmədov Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

O həmçinin nəzərə çatdırdı ki, ancaq bəzi çatışmayan nüanslar da var:

"Bakı-Tbilisi-Qars dəmir yolunun şəhərdən keçən hissəsi 12 minə yaxın sakinin yaşadığı böyük bir qəsəbənin şəhərlə əlaqəsini çətinləşdirir. Sakinlər dəmir yolunun digər tərəfinə keçmək üçün 8-10 kilometr məsafə qət etməli olurlar. Həmin ərazidə yeraltı keçidin tikintisinə şərait yaradılmasını xahiş edirəm".