Argentinada 18 yaşlı futbolçu başından aldığı zərbədən sonra vəfat etdi

Argentinada futbol matçı zamanı başından top zərbəsi alan 18 yaşlı futbolçu xəstəxanada dünyasını dəyişib.

Abel Nunes üç gün əvvəl "Eseysa" və "Deportivo Munyes" komandalarının gənclərdən ibarət heyətləri arasında keçirilən qarşılaşmada başından zərbə alıb.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.