Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi

“Dövlətimiz elmin inkişafına kifayət qədər sərmayə qoyur. Amma bu, təkcə xalqının daha da inkişaf etməsini istəyən dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin də mənəvi öhdəliyidir. Hamımız bilirik ki, elmdə təcrid fəlakətdir”.

Bunu deputat Elnarə Akimova parlamentdə 2027-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu baxımdan, elmin inkişafı dünyanın aparıcı elm mərkəzləri ilə qarşılıqlı inteqrasiyanın nəticəsində mümkün olur:

“Bu barədə statistika bizə nə deyir? Gənc elmi potensialımız dünyanın aparıcı elm mərkəzlərində hansı səviyyədə təmsil olunur? Onların elmi tədqiqatlarını daha səmərəli aparmaları üçün dövlət büdcəmizdən kifayət qədər vəsait ayrılırmı? Heç kəsə sirr deyil ki, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının əksəriyyəti, o cümlədən Pakistan əsilli Nobel laureatı Əbdüs Salam da, türkiyəli Nobelçi Əziz Səncər də məhz belə aparıcı elm mərkəzlərində yetişib. Biz də elmdə öz Nobelçimizi gözləyə bilərikmi? Təbii ki, bu, ayrı bir müzakirənin mövzusudur. İndiki halda insanları elmə təşviq etmək üçün birinci növbədə alimlərin maddi durumu nəzərə alınmalıdır. İnanırıq ki, 2027-ci il üçün büdcə layihəsində elm adamlarımızın sosial-iqtisadi rifahı da diqqətdən kənarda qalmayacaqdır”.

Deputat eyni zamanda qloballaşma dövrünün reallığını nəzərə alaraq mediaya ayrılan vəsatin artırlmasını təklif edib.

Xatırladaq ki, deputat Hikmət Babaoğlu da mediaya ayrılan vəsaitin artırılmasını təklif edib.