Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana Milli Dirçəliş Günü təbriki

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib:

"Milli dirçəliş ruhu ilə 38 il əvvəl müstəqilliyə doğru addımlayan və Qarabağda böyük Zəfər qazanan azərbaycanlı türk qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edirik".

X paylaşımıx.com/i/status/2122590193169641691