Bakı, 17 noyabr, AZƏRTAC Milli Basketbol Assosiasiyasının (NBA) rəsmi saytı müntəzəm çempionatın beşinci həftəsi öncəsi komandaların yeni güc reytinqini açıqlayıb.AZƏRTAC xəbər verir ki, lider ardıcıl 12 qələbə qazanan “San-Antonio Spörs” komandasıdır. “Hyuston Rokets” dördüncü pillədən ikinci yerə yüksəlib. Əvvəlki reytinqdə altıncı olan “Boston Seltiks” isə ilk “üçlüy”ə daxil olub.Ardıcıl səkkiz qələbə qazanan “Los-Anceles Leykers” dördüncü pilləyə qalxıb. İlk beşliyi əvvəlki mövqeyini qoruyan “Filadelfiya” tamamlayıb.