Azərbaycanda 9 ayda bu səbəbdən 500 nəfər ölüb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində 500 nəfər həlak olub, 640 nəfər yaralanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə 838 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz azdır. Hadisələr nəticəsində zərər çəkənlərin sayı isə 9,8 faiz azalaraq 1140 nəfər olub.

Qəzaların 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş verib. Hadisələrin 34 faizi şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində qeydə alınıb. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalaraq 345 nəfər, yaralananların sayı isə 16,5 faiz azalaraq 591 nəfər olub.