Bakı, 17 noyabr, AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli noyabrın 26-da Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinlərlə görüşəcək.AAYDA-dan AZƏRTAC-a bildirilib ki, vətəndaşlar noyabrın 17, 18 və 19-u tarixlərində (3 gün) qəbula yazılmaq üçün agentliyə rəsmi müraciət edə bilərlər.Müraciətlər info@aayda.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
Mənbə: azertag.az/xeber/aayda_sedri_lenkeran_astara_ve_lerik_sakinlerinin_muracietlerini_dinleyecek-4512147